AĞCABƏDİ, 5 iyun. TELEQRAF

Ağcabədi rayonunda 5 iyun 2026-cı il tarixində saat 1:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən iki nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Digər 4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

15:18

Ağcabədidə baş verən yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə şəhər ərazisində baş verib.

1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Əfqanlı Cavidə məxsus "VAZ-2106" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və "VAZ-2106" markalı avtomobildə olan sürücünün 3 yaşlı oğlu ağır xəsarət alıb.

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.