BAKI, 4 iyun. TELEQRAF

Gürcüstanın regional əməkdaşlığı nəzərdə tutan 3+3 formatında iştirakı üçün ilkin şərtlər artıq formalaşıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Diplomat bildirib ki, 3+3 platformasının qapıları Gürcüstan üçün həmişə açıqdır:

"Burada vacib olan odur ki, qapı həmişə gürcü iştirakçıları üçün açıq olsun".

Qaluzinin sözlərinə görə, bu istiqamətdə müəyyən ilkin şərtlər artıq mövcuddur. O qeyd edib ki, Gürcüstanın ekspertləri SPIEF çərçivəsində keçiriləcək 3+3 formatına həsr olunmuş ekspert sessiyasında iştirak edəcək.

Qaluzin xatırladıb ki, indiyədək 3+3 formatında iki nazir görüşü keçirilib. İlk görüş 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub. Təəssüf ki, Gürcüstan nümayəndələri həmin görüşlərdə iştirak etməyiblər”, - o qeyd edib.