BAKI, 4 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyanın Ermənistandan ixraca tətbiq etdiyi son məhdudiyyətlər iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir və bu fonda rəsmi İrəvana dəstək verməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen rəsmi sosial şəbəkə hesabında yazıb.

O, Ermənistan Baş naziri Nikol Paşinyanla regiondakı cari vəziyyətlə bağlı telefon danışığı apardığını diqqətə çatdırıb:

"Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiyanın son dövrlər bu ölkəyə qarşı tətbiq etdiyi məhdudiyyətlər barədə danışdıq. Baş verənlər iqtisadi təzyiqdən başqa bir şey deyil və tamamilə qəbuledilməzdir. Avropa qətiyyətlə Ermənistanın yanındadır. Hazırda rəsmi İrəvan üçün xüsusi dəstək paketi hazırlayırıq".

Dəstək paketinin 50 milyon avro olduğu bildirilib.