BAKI, 4 iyun. TELEQRAF
Küveyt Dövlətinin vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dost Azərbaycan Respublikasının Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".