BAKI, 4 iyun. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin genişlənməsi riskinin hazırda iki il əvvəlki dövrlə müqayisədə daha yüksək olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Rubio bu fikri ABŞ Konqresinin Senatında keçirilən büdcə dinləmələri zamanı səsləndirib.
ABŞ-nin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətində səylərin davam etdirilməsi vacibdir.
“Ukraynadakı münaqişəni bitirməyə çalışmaq vacibdir. Çünki hazırda eskalasiya riski iki il əvvəl olduğundan daha yüksəkdir”, - deyə o bildirib.