BAKI, 4 iyun. TELEQRAF

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığını davam etdirir.

Teleqraf xəbər verir ki, yığmanın növbəti məşqi Bakıda, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Açıq məşqdə baş məşqçi Faiq Qarayev komandanın hazırlıq səviyyəsini yoxlayıb. Voleybolçular taktiki və texniki tapşırıqlar üzərində çalışıblar.

Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Yığma iyunun 5-7-də İsveç və Estoniya ilə qarşılaşacaq.