BAKI, 3 iyun. TELEQRAF

Litva ərazisində nüvə silahlarının yerləşdirilməsi ilə bağlı ABŞ ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri bildirib.

Nazir Robertas Kaunas jurnalistlərə bildirib ki, müzakirələr davam edir.

Qeyd edək ki, bu danışıqlar Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün atdığı addımlar fonunda baş verir.

Litva konstitusiyası öz sərhədləri daxilində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir, lakin Prezident Gitanas Nauseda mövcud təhlükəsizlik risklərini əsas gətirərək ana yasaya düzəliş edilməsini artıq mümkün hesab edib.

"Financial Times" qəzeti bu həftə ABŞ rəsmilərinin NATO-nun şərq cinahına nüvə başlıqları və bombardmançı təyyarələr yerləşdirmək üçün danışıqlar apardığını bildirib. Hazırda ABŞ-nin nüvə silahları Almaniya, Belçika, İtaliya, Türkiyə, Hollandiya və Böyük Britaniyadakı hərbi obyektlərdə saxlanılır.