BAKI, 4 iyun. TELEQRAF

ABŞ administrasiyası yaxın vaxtlarda Ukraynaya 400 milyon dollar məbləğində yeni hərbi yardım ayırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Senatında keçirilən büdcə dinləmələri zamanı danışıb.

Rubio bildirib ki, söhbət ABŞ Konqresi tərəfindən daha əvvəl təsdiqlənmiş yardım paketindən gedir.

“Düşünürəm ki, bununla bağlı xəbərləri çox yaxın zamanda görəcəksiniz”, - deyə o vurğulayıb.

ABŞ dövlət katibi qeyd edib ki, milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışdığı dövrdə bu məsələ ilə bağlı müxtəlif dövlət qurumları arasında aparılan razılaşdırma prosesində iştirak edib.

“Düşünürəm ki, bu barədə yaxın vaxtlarda açıqlama veriləcək. Bu məsələnin həllinə və yeni silahların Kiyevə çatdırılmasına təcili ehtiyac var”, - Rubio əlavə edib.