BAKI, 4 iyun. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.

Bu barədə Teleqraf-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və əməkdaşlıq perspektivləri, habelə regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Seyid Abbas Əraqçi İran ətrafında aparılan danışıqlar prosesi və son vəziyyətlə bağlı ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov regional sabitliyin qorunması baxımından diplomatik səylərin əhəmiyyətini vurğulayıb.

Tərəflər, həmçinin ikitərəfli və regional gündəlikdə duran digər məsələlər və son proseslər ətrafında müzakirələr aparıblar.