BAKI, 4 iyun. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin diqqət mərkəzində artıq Ukraynanın deyil, İranın olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Zelenskinin sözlərinə görə, hazırda Ukrayna Vaşinqtonun əsas gündəm mövzuları sırasında əvvəlki mövqeyini itirib.
“Təəssüf ki, bu gün diqqət mərkəzində biz deyilik. Mənim fikrimcə, ABŞ üçün bir nömrəli məsələ İrandır, ondan sonra isə Ukrayna məsələsi gəlir”, - deyə Ukrayna lideri bildirib.
“İnterfaks-Ukrayna” agentliyinin yaydığı məlumata görə, Zelenski ABŞ administrasiyasının diqqətinin Yaxın Şərqdəki proseslərə yönəlməsinin Ukrayna məsələsinə marağın azalmasına səbəb olduğunu vurğulayıb.