BAKI, 3 iyun. TELEQRAF
Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri (2014-2020) Aleks Yanqer (Alex Younger) 62 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb .
Yancer təxminən 30 il Britaniya kəşfiyyatında xidmət edib. O, Avropada və Yaxın Şərqdə müxtəlif vəzifələr tutub, həmçinin MI6-nın Əfqanıstandakı bürosunun rəisi vəzifəsində çalışıb. Yancer son 50 ildə Böyük Britaniyanın xarici kəşfiyyat xidmətinin ən uzun müddətli rəhbəri olub.
Təqaüdə çıxdıqdan sonra o, mediada cari siyasi hadisələrə şərhlər verib. Keçən il ona prostat xərçəngi diaqnozu qoyulub.