BAKI, 4 iyun. TELEQRAF
SUMQAYIT, 4 iyun. TELEQRAF
Sumqayıtda ölüm hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib. Belə ki, 1954-cü il təvəllüdlü Zümrəddin Mustafayevin cansız bədəni yaşadığı ünvanda qonşular tərəfindən aşkarlanıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Əraziyə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Meyitə baxış keçirildikdən sonra aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq araşdırmalar aparılır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.