BAKI, 4 iyun. TELEQRAF
ABŞ və İran danışıqları qeyri-müəyyənlik şəraitində davam etdikcə, "Brent" neftinin qiymət trayektoriyası bazar iştirakçılarının əsas diqqət hədəfinə çevrilib. Müxtəlif qurumların neftin qiyməti ilə bağlı proqnozlarında dəyişikliklər var.
Teleqraf xəbər verir ki, "Fitch Solutions" son proqnozunda bu il "Brent" markalı xam neftin qiymətnin 71 dollar olacağını açıqlayıb.
Agentliyin ikinci rübünün sonunda "Brent" markalı xam neftin qiymət üzrə proqnozu 88 dollar, üçüncü rübün sonu üçün isə 75 dollar idi.
"Rabobank" isə ilin sonunda "Brent" markalı xam neftin qiymətinin 100 dollar olacağını gözləyir. Bankın ikinci rübün sonunda qiymət proqnozu 107 dollar, üçüncü rübün sonu üçün isə 120 dollar idi.
"JYSKE BANK AS"ın dördüncü rüb üzrə hesabatında isə "Brent" markalı xam neftin qiyməti proqnozu 85 dollar olub. Qurumun ikinci rübün sonu üçün qiymət proqnozu 100 dollar, üçüncü rübün sonu üçün isə 93 dollar təşkil edib.
"BloombergNEF" "Brent" markalı xam neftin ilin sonunda 76,50 dollar olacağını gözləyir. Xatırladaq ki, agentlik bu ilin ikinci rübünün sonuna "Brent" markalı xam neftin 100,97 dollar, üçüncü rübdə isə 85,67 dollar olacağını açıqlamışdı.
"Citigroup Inc."in proqnozuna görə, ilin sonuna "Brent" markalı xam neftin bareli 90 dollar olacaq. Şirkət ikinci rübün sonunda "Brent" markalı xam neftin bir barelinin 112 dollar, üçüncü rübün sonunda 110 dollar olacağını proqnozlaşdırmışdı.
"Commerzbank AG" ilin sonunda "Brent" markalı xam neftin 85 dollar olacağını gözləyir. Bankın ikinci rübün sonu üçün proqnozu100, üçüncü rübün sonu üçün isə 90 dollar idi.
"JPMorgan Chase & Co" son proqnozunda "Brent" markalı xam neftin qiymətini 98 dollar dəyərləndirib. Agentlik ikinci rübdə neftin103 dollar, üçüncü rübdə 104 dollardan realizə ediləcəyini açıqlamışdı.
UBS Qrupu 2026-cı ilin son rübü üzrə "Brent" neftinin 95 dollar olacağını proqnozlaşdırıb. Şirkətin ikinci rübün sonunda qiymət proqnozu 100 dollar, üçüncü rübün sonu üçün isə 105 dollar idi.