BAKI, 14 iyul. TELEQRAF
Fransa millisinin futbolçusu Kilian Mbappe 2026-cı il dünya çempionatının İspaniya ilə keçiriləcək yarımfinal görüşünə tam hazır vəziyyətdə deyil.
Teleqraf xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Bildirilib ki, Mərakeşlə 1/4 final matçında zədələdiyi sağ topuğu hələ də hücumçunu narahat edir. Mbappe son məşqdə komandadan ayrı hazırlaşıb və topla çalışmayıb.
Buna baxmayaraq, onun İspaniyaya qarşı oyuna start heyətində çıxacağı gözlənilir.
Fransa millisinin baş məşqçisi Didye Deşam da Mbappenin yarımfinalda meydana çıxacağını təsdiqləyib. Təcrübəli mütəxəssis bildirib ki, hücumçunun topuq zədəsi ciddi deyil və onun oynamasına mane olmayacaq.
Qeyd edək ki, Mbappe Mərakeşlə 2:0 hesabı ilə qalib gəldikləri 1/4 final görüşündə topuq nahiyəsindən zədə aldıqdan sonra 77-ci dəqiqədə əvəzlənmişdi.
27 yaşlı futbolçu DÇ-2026-da Fransa millisinin heyətində keçirdiyi 6 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə edib.