BAKI, 14 iyul. TELEQRAF
Moldovada ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi rəsmi Kişinyov ilə Moskva arasında gərginliyə səbəb olub.
Teleqraf xəbər verir ki, hadisədən sonra Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın ölkədəki səfiri Oleq Ozerovu nazirliyə çağırıb.
Moldova XİN-dən bildirilib ki, iyulun 13-də tapılan həmin aparat Rusiyaya məxsusdur.
Rusiya səfiri Oleq Ozerov isə bu ittihamlarla razılaşmır:
"Moldova hakimiyyəti heç bir sübut təqdim etmədən Rusiyanı günahlandırır. Moldova tərəfi yalnız Avropa İttifaqının mövqeyinə əsaslanaraq ölkədəki problemlərin hamısında Rusiyanı ittiham edir. Bu iddialar heç bir fakta söykənmir və hazırda iki ölkə arasında diplomatik əlaqələr demək olar ki, yalnız bu cür çağırışlar səviyyəsində qalır".