BAKI, 14 iyul. TELEQRAF

14 iyul - Konstitusiya Məhkəməsinin yaradılmasının 28-ci ildönümü münasibətilə sədr Fərhad Abdullayev, hakimlər və Aparatın məsul əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bu barədə Teleqraf-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı önünə tər çiçəklər düzülüb.