BAKI, 13 may. TELEQRAF

İzmirin Çeşme rayonu sahillərində 39 qanunsuz miqrant saxlanılıb.

Teleqraf xəbər verir ki, Sahil Mühafizə Komandanlığının veb saytında yerləşdirilmiş məlumata görə, saxlanılan rezin qayıqda 16-sı uşaq olmaqla 39 qanunsuz miqrant olub.

Miqrantlar müvafiq mərkəzə aparılıb. Araşdırma aparılır.