BAKI, 13 may. TELEQRAF

Atəşkəsə baxmayaraq, İsrailin Livana qarşı pilotsuz təyyarələrinin hücumları nəticəsində daha 12 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusu 2 martda Livana qarşı intensiv hava hücumları başladaraq ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.

Livan hökuməti həmçinin bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.