BAKI, 13 may. TELEQRAF

ABŞ partlayıcı nüvə sınaqlarını bərpa etməyə ehtiyac duymur. Lakin Ağ Ev digər geosiyasi səbəblərə görə sınaqları bərpa edə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin hərbi nüvə kompleksinə nəzarət edən energetika katibi Kris Rayt bildirib.

"Silah laboratoriyalarının rəhbərləri və Strateji Komandanlıq nüvə arsenallarımızın etibarlı olduğunu bir daha təsdiqləyiblər. Arsenalımız istifadəyə hazırdır. Lakin, baş komandanın nüvə sınağı keçirmək istəməsinin başqa səbəbləri də ola bilər" - Rayt deyib.