BAKI, 13 may. TELEQRAF
Rusiya bütün mövcud və gələcək ballistik raket əleyhinə sistemləri dəf edə bilən raket sistemlərinin inkişafını davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin strateji nüvə raket sistemlərinin hazırlandığı Moskva Mühəndislik İnstitutunu ziyarət edərkən bildirib.
"Əlbəttə ki, biz strateji nüvə qüvvələrimizi modernləşdirməyə və inkişaf etdirməyə davam edəcəyik, artan döyüş gücünə malik, bütün mövcud və gələcək raketdən müdafiə sistemlərini dəf edə bilən raket sistemləri yaradacağıq" - deyə, Putin əlavə edib.