BAKI, 13 may. TELEQRAF
Meksika hökuməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və ya digər xarici qurumların ölkə ərazisində gizli əməliyyatlar keçirməsi ilə bağlı məlumatları qətiyyətlə təkzib edib.
Teleqraf xəbər verir ki, Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar García Harfuch bildirib ki, ölkədə bütün əməliyyat tədbirləri yalnız yerli səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir.
Nazir vurğulayıb ki, ABŞ ilə transmilli mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlıq mövcuddur, lakin bu əməkdaşlıq yalnız məlumat mübadiləsi və rəsmi koordinasiya çərçivəsində aparılır.
Bəyanat CNN telekanalının MKİ-nin Meksikada narkokartellərə qarşı gizli əməliyyatlar həyata keçirməsi barədə məlumatından sonra yayılıb. Meksika tərəfi isə xarici agentlərin ölkə ərazisində birtərəfli əməliyyat keçirməsinin qəbuledilməz olduğunu bəyan edib.