BAKI, 10 may. TELEQRAF

Pakistan tərəfi İranın münaqişənin nizamlanması ilə bağlı ABŞ təklifinə verdiyi cavabı Amerika nümayəndələrinə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Pakistan diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranın cavabı artıq ABŞ tərəfinə çatdırılıb.

“Biz indicə İranın cavabını Amerika tərəfinə təqdim etdik”, - deyə diplomat bildirib.

Qeyd edək ki, tərəflər arasında münaqişənin diplomatik yollarla həlli istiqamətində təmasların davam etdiyi bildirilir.