BAKI, 21 aprel. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi dron texnologiyasının və dronlara qarşı mübarizə imkanlarının inkişafı üçün 75 milyard dollar istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumat yayıb.

Bildirilir ki, ABŞ ordusu vəsaitlərinin böyük hissəsini tədqiqatlara deyil, mövcud sistemlərin alınmasına, sınaqdan keçirilməsinə və modifikasiyasına xərcləmək niyyətindədir.

"The New York Times" qəzetinin yazdığına görə, ABŞ administrasiyası Rusiyanın dron istehsalında ABŞ-ni geridə qoyduğunu hesab edir.

Məqalədə Çinin bəzi hərbi sahələrdə açıq şəkildə liderlik etdiyi qeyd olunur.