BAKI, 21 aprel. TELEQRAF
İran ABŞ-nin nəticəyönlü addımlarını gördükdə danışıqlarda iştirakı ilə bağlı yekun qərarı verəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur.
"Məsləhətləşmələrdə iştirakla bağlı yekun qərar hələ verilməyib, lakin bu, qətiyyətsizlikdən deyil, Vaşinqtondan gələn ziddiyyətli siqnallardan irəli gəlir. Danışıqların nəticəyə yönəldiyini gördükdə, iştirak edib-etməyəcəyimizə qərar verəcəyik" - XİN-dən bildirilib.
Qeyd edək ki, İranın Pakistandakı səfiri Reza Amiri Moqadam da daha öncə ölkəsinin təhdid və güc altında danışıqlar aparmayacağını bildirib.
ABŞ və İran arasında danışıqların ikinci raundunun aprelin 22-də Pakistanda keçiriləcəyi ehtimal olunur.