BAKI, 21 aprel. TELEQRAF
Vasitəçi rolunu öz üzərinə götürən Pakistan hələ ki, İrandan ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməklə bağlı rəsmi cavab almayıb.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Ataullah Tarar bildirib.
Tarar "X" sosial şəbəkəsində yazıb: "İran tərəfinin nümayəndə heyətinin İslamabadda keçiriləcək sülh danışıqlarında iştirakı ilə bağlı rəsmi cavabı hələ də gözəyirik".
O, müharibə edən tərəflər arasında iki həftəlik atəşkəsin bağlanmasına bir neçə saat qaldığı üçün qərarın "kritik" olduğunu söylədi. Prezident Donald Tramp daha əvvəl İranla atəşkəsin uzadılmasını istəmədiyini və danışıqların uğursuz olacağı təqdirdə ABŞ ordusunun hərəkətə keçməyə hazır olduğunu deyib.