BAKI, 21 aprel. TELEQRAF
Venesuela və İrandakı əməliyyatlarda iştirak edən Amerika təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford" təmirdən sonra Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun "USNI News" saytı Pentaqon mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, gəmi ötən həftənin sonlarında Şərqi Aralıq dənizini tərk edib. "Mahan" və "Winston S. Churchill" esminesləri də qrupun tərkibində Qırmızı dənizə daxil olub.
Martın 12-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı Qırmızı dənizdə olan "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisində yanğın baş verdiyini açıqlamışdı. Gəmi daha sonra Yunanıstanın Krit adasına yönləndirilib və martın sonlarında texniki xidmət üçün Xorvatiyanın Adriatik sahilindəki Split limanına çatıb.