BAKI, 21 aprel. TELEQRAF

Malidə radikal qrup tərəfindən əsir götürülmüş Rusiya və Ukrayna vətəndaşı olan geoloqlar azad edilərək təyyarə ilə Moskvaya gətiriliblər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, Mali Respublikasındakı Afrika Korpusu qüvvələri xüsusi əməliyyat nəticəsində 2024-cü ilin iyul ayında Nigerdə ​​"Camaat Nusrat əl-İslam vəl-Müslimin" terrorçu qruplaşması tərəfindən əsir götürülmüş iki nəfəri azad edib.

Onlar Rusiya geoloji kəşfiyyat şirkətinin işçiləri 1962-ci il təvəllüdlü Rusiya vətəndaşı Oleq Qret və 1970-ci il təvəllüdlü Ukrayna vətəndaşı Yuri Yurovdur.
Azad edilmiş girovlar müalicə və reabilitasiya üçün Rusiya hərbi nəqliyyat təyyarələri ilə Moskvaya gətirilib.