BAKI, 21 aprel. TELEQRAF

Avropa İttifaqı Kiyev üçün 90.000 əsgərə təlim keçib.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Kallas həmçinin qeyd edib ki, Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən sammitdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmiş bütün rus veteranlarının Aİ-yə girişini qadağan etmək qərarına gəliblər.