BAKI, 19 mart. TELEQRAF

ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə keçirilən sülh danışıqları İran ətrafında davam edən müharibə fonunda dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" qəzeti Kremlin rəsmi nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, regionda gərginliyin artması və İranla bağlı hərbi əməliyyatların aktiv fazaya keçməsi tərəflər arasında aparılan diplomatik təmasların fasilə verməsinə səbəb olub.