BAKI, 28 sentyabr. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 26-da və 27-də ümumi çəkisi 103,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.