BAKI, 28 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Abdullah Ereni qəbul edib
Teleqraf xəbər verir ki, görüşdə TİKA ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri, sosial-iqtisadi və humanitar sahələrdə birgə layihələrin icrası perspektivləri müzakirə olunub.
Dövlət başçısı əsas istiqamətlərə, o cümlədən səhiyyə, kənd təsərrüfatı laboratoriya infrastrukturunun modernləşdirilməsi, peşə-texniki təhsil və yaşıl enerji sahəsində mütəxəssislərin hazırlanması məsələlərinə diqqət çəkib.
TİKA rəhbəri agentliyin yaxın dövrdə Qırğızıstanda həyata keçirəcəyi planlardan danışıb. Bunların arasında yeni layihələri və bir sıra təşəbbüsləri əhatə edən tədbirlərin keçirilməsi də nəzərdə tutulur.