BAKI, 15 mart. TELEQRAF

İsrail ordusu İran ərazisindən ölkə istiqamətində növbəti raketlərin buraxıldığını, onların havada məhv edilməsi üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri İran ərazisindən yeni raket buraxılışını qeydə alıb və hazırda onların ələ keçirilməsi üzrə əməliyyat aparılır.

"Ynet" portalının yazdığına görə, bu dəfə raketlər İsrailin mərkəzi hissəsinə doğru istiqamətlənib. Həmin bölgədə hava həyəcanı siqnalları səslənib.