BAKI, 7 mart. TELEQRAF
Son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə sistemləri 200 Ukrayna tipli dron və üç hava bombasını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri üç idarə olunan hava bombası və 200 pilotsuz uçuş aparatını vurub.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, əməliyyatlar Ukrayna tərəfindən həyata keçirilən hava hücumlarına qarşı müdafiə tədbirləri çərçivəsində aparılıb.