BAKI, 24 fevral. TELEQRAF

Hollandiya Rusiya simvollarına görə Paralimpiya Oyunlarının açılışını boykot edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Algemeen Dagblad" qəzeti Hollandiya Olimpiya Komitəsinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Rusiya və Belarus milli simvollarının olması səbəbindən Niderland nümayəndələri Paralimpiya Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırmırlar.

Qəzet yazır ki, Hollandiyadan heç bir nümayəndə 6 martda İtaliyada keçiriləcək açılış mərasimində iştirak etməyəcək.

Fevralın 23-də Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons Rusiya idmançılarının 2026-cı il Oyunlarında milli simvollar geyinərək yarışacaqlarını açıqlayıb.

Bu açıqlamadan sonra Ukrayna, Çexiya və Finlandiya Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcəklərini bəyan ediblər.