BAKI, 11 may. TELEQRAF
“Hörmüz boğazının idarə olunması şərtləri heç vaxt əvvəlki kimi olmayacaq və bu boğaz əvvəlki statusuna qayıtmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin üzvü Əli Xəzai deyib.
Deputat bildirib ki, heç bir ölkənin gəmisinin Tehranın icazəsi olmadan Hörmüz boğazından keçmək hüququ yoxdur.
“Amerika gəmilərinin və bu ölkə ilə əməkdaşlıq edən ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək”, - Xəzai əlavə edib.