BAKI, 11 may. TELEQRAF
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının (aşağı palatası) hakim Leyborist Partiyasından olan 40 deputat Baş nazir Keir Starmeri istefaya çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd edək ki, Böyük Britaniyada 7 mayda yerli özünüidarəetmə seçkiləri keçirilib. Nəticələrdən sonra Leyboristlər Partiyası ilk dəfə Uels Parlamentinə nəzarəti itirib. Leyboristlər müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazanıblar. Bundan sonra hakim partiyanın millət vəkilləri Starmeri Leyboristlər Partiyasının lideri və hökumət başçısı vəzifəsindən istefa verməyə çağırıblar.
Baş nazir isə istefa verməkdən imtina edib. O, 2024-cü ildə irəli sürdüyü təşəbbüsləri həyata keçirmək niyyətində olduğunu bildirib. Onun qarşıya qoyduğu əsas vəzifə Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək olub.