BAKI, 11 may. TELEQRAF
İran hakimiyyəti ABŞ-ın sülh planını Vaşinqtonun həddindən artıq tələblər irəli sürməsi səbəbindən rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
İlkin mənbəyə görə, Tehran ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü tələbləri qəbuledilməz hesab edib.
Məlumata əsasən, İranın cavabı əsasən Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunmasına yönəlib.
Bundan başqa, İran tərəfi ABŞ tərəfindən hərbi təzminat ödənilməsinin vacibliyini də xüsusi vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Donald Tramp İranın Vaşinqtonun nizamlanma təklifinə cavabını “qəbuledilməz” adlandırmışdı.