BAKI, 11 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp mayın 13-15-də Çin Xalq Respublikasına dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

İlkin mənbəyə görə, səfər Çin Prezidenti Si Cinpinin dəvəti əsasında həyata keçiriləcək.

“Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə ABŞ Prezidenti Donald Tramp mayın 13-dən 15-dək Çinə dövlət səfəri edəcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Ağ evdə jurnalistlərə açıqlamasında Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşdə Tayvan məsələsinin də müzakirə olunacağını demişdi.