BAKI, 11 may. TELEQRAF

Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yepiskop Şio bütün gürcülərin yeni, 142-ci katolikos-patriarxı seçilib.

Teleqraf xəbər verir ki, patriarxlar üç namizəd arasında seçim ediblər.

Səsvermə nəticəsində katolikos-patriarx taxtına namizədlər - Senaki-Çxorotsku mitropoliti Şio 22, Mroveli-Urbeni mitropoliti Job 9, Poti-Xobi mitropoliti Qriqol isə 7 səs alıb.

Gürcüstanın seçilmiş patriarxı III Şio adını daşıyacaq.

Kilsə şurasının genişləndirilmiş iclasında yalnız Müqəddəs Sinod üzvləri səs vermək hüququna malik olub. Səsvermədə Sinodun 38 üzvü iştirak edib, bir səs ləğv olunub.

Xatırladaq ki, bütün gürcülərin katolikos-patriarxı II İlya martın 17-də vəfat edib.