BAKI, 11 may. TELEQRAF
233 nömrəli tam orta məktəbdə şagirdlər arasındakı münaqişə ilə əlaqədar araşdırma aparılacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə səmərəli tədris mühitinin qorunması, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması əsas prioritetlərdəndir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması diqqət mərkəzində saxlanılır", - deyə qeyd edilib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan halla bağlı ərazi polis orqanında araşdırma aparılır
***
15:43
Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.
Teleqraf-ın xəbərinə görə, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 "q" sinifinin şagirdi İxtiyar Namazov ( ad-soyad şərtidir - red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y.Əliyeva əlindən bıçaq xəsarəti alıb.