BAKI, 11 may. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın İranın nüvə proqramı ilə bağlı məsələlərin həllində kömək etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Braziliya xarici işlər naziri Mauro Vieyra ilə görüşündən sonra bildirib.

Dövlət başçısı müvafiq beynəlxalq razılaşmalar əldə edilərsə və bu məsələ praktiki fəaliyyətə çevrilərsə, Qazaxıstanın İranın nüvə məsələsinin həllinə vicdanla töhfə verməyə hazır olduğunu bildirib.