BAKI, 11 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) iyunda Ukrayna ilə birbaşa üzvlük danışıqlarına başlaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos məlumat verib.
İyunun 5-də Monteneqroda Qərbi Balkan ölkələri üçün “Avropa Yolu” mövzusunda Aİ sammiti keçiriləcək, Kos sammitdə Ukraynanın ittifaqa qoşulması məsələsinin müzakirə olunmasında israr edir.
“Kiprin Aİ Şurasına sədrliyinin bitməsindən əvvəl (iyunda) birinci klaster üzrə danışıqlara başlaya, qalan beş klasteri iyulda aça bilərik”, - o qeyd edib.
Marta Kos həmçinin Macarıstan Baş naziri Peter Madyardan məsələ ilə bağlı müsbət mesaj aldığını və onun bütün Aİ üzvlüyünə namizəd ölkələrə bərabər yanaşmağa hazır olduğunu vurğulayıb.