BAKI, 11 may. TELEQRAF

Suriyanın Hasəkə əyalətində baş verən hücum nəticəsində Silahlı Qüvvələrin iki əsgəri həlak olub, bir neçəsi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Naməlum silahlı şəxslər Suriyanın şimalında taxıl anbarlarının yaxınlığında park edilmiş hərbi avtobusa hücum ediblər.

SANA hücumla bağlı əlavə məlumat verməyib.

Xatırladaq ki, yanvar ayının sonunda Dəməşqlə SDQ arasında imzalanan razılaşmaya uyğun olaraq, Suriya ordusu Hasəkə əyalətinə nəzarəti bərpa edib.