BAKI, 11 may. TELEQRAF
“Hüquqi dövlətin, hüququn aliliyinin və yaxşı idarəetmə prinsiplərinin əsas DNT-si Konstitusiya mətnləridir. Türk millətinin yaxşı Konstitusiya arzusu hələ də yerinə yetməyib. Təsisçi konstitusiyalarımızdan başqa, son iki Konstitusiyanın təəssüf ki, çevrilişlərin və qanundankənar müdaxilələrin məhsulu olması bunda mühüm rol oynayıb”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu demokratik qüsuru düzəltmək Türkiyə siyasətinin vəzifəsidir. Qarşımızda yeni, inklüziv, azadlıqsevər və mülki Konstitusiya quruculuğu durur və bu, demokratiyamızı aşağıdan yuxarıya qurmaq imkanı təqdim edir. Konstitusiyanı qiyamçılar və ya elitalar tərəfindən müəyyən edilən və cəmiyyətə sırınan çərçivədən cəmiyyətin özü tərəfindən tərtib edilmiş və dövlətə elan olunmuş mətnə çevirməliyik.
Belə bir Konstitusiya ilə inanıram ki, qanunu, demokratiyanı, dövləti və milləti eyni anda qoruyacaq hüququn aliliyi məntiqinə nail olmaq mümkün olacaq”, - dövlət başçısı vurğulayıb.