BAKI, 11 may. TELEQRAF

İranın hava hücumundan müdafiə qüvvələri ölkə səmasında pilotsuz uçuş aparatını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, düşmənə məxsus kəşfiyyat pilotsuz aparatı ölkənin cənub-qərb hissəsində vurulub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.