BAKI, 11 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Alexander Lukashenkoya əməkdaşlıq və dostluğa görə təşəkkür edib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp ABŞ-nin üç Polşa və iki Moldova vətəndaşının azad edilməsinə nail olduğunu bildirib. Azad edilənlər arasında Belarusda bir sıra ağır cinayətlərə görə cəza çəkən jurnalist Andrey Poçobut da olub.
Məlumata əsasən, Poçobut aprelin 28-də Belarus-Polşa sərhədində yerləşən “Pererov - Belovej” keçid məntəqəsində “beşin beşə” prinsipi ilə həyata keçirilən mübadilə zamanı Polşa tərəfinə təhvil verilib.
Tramp qeyd edib ki, mübadilə ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Koulun səyləri nəticəsində baş tutub.
“Prezident Aleksandr Lukaşenkoya əməkdaşlıq və dostluğa görə təşəkkür edirəm”, - ABŞ lideri bildirib.
Qeyd edək ki, aprelin 28-də Belarus-Polşa sərhədində saxlanılan şəxslərin “beşin beşə” formatında mübadiləsi həyata keçirilib. Mübadilə çərçivəsində rusiyalı arxeoloq Aleksandr Butyagin və Nina Popova azad olunub, Belarus kəşfiyyatçıları Aleksandr Balan və Vladislav Nadeyko ölkələrinə qaytarılıb.
Qarşı tərəfə verilən şəxslər arasında Andrey Poçobut, Qjeqoj Qavel, Tomaş Beroza və Moldova xüsusi xidmət orqanlarının iki əməkdaşı da yer alıb.