BAKI, 11 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun həyata keçirdiyi siyasət nəticəsində İran artıq ABŞ-yə istehza etməyəcək.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“47 il ərzində iranlılar yenidən böyük dövlətə çevrilən ölkəmizə gülürdülər. Amma artıq gülməyəcəklər”, - ABŞ lideri yazıb.

Tramp ABŞ-nin sabiq prezidentləri Barak Obama və Co Baydenin Tehranla bağlı siyasətini də sərt tənqid edib.

“İran 47 il ərzində ABŞ və bütün dünya ilə oyun oynadı və nəhayət, Barak Hüseyn Obama prezident olanda böyük üstünlük qazandı. O, təkcə onlara qarşı mehriban deyildi, faktiki olaraq onların tərəfini tuturdu, İsrail və digər müttəfiqlərdən uzaqlaşmışdı”, – Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Obama zəif prezident olsa da, “yuxulu Co Bayden” qədər pis olmayıb.