BAKI, 14 fevral. TELEQRAF
BMT hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.
"BMT hələ də dünyada xeyirxahlıq aləti olmaq baxımından böyük potensiala malikdir. Lakin biz bu faktı nəzərə almaya bilmərik ki, bu gün BMT-nin müasir qlobal çağırışlara verəcək heç bir cavabı yoxdur və o, demək olar ki, heç bir rol oynamır", - Rubio qeyd edib.