BAKI, 7 fevral. TELEQRAF
Qərb ölkələrinin Ukraynadakı münaqişənin nəticəsini dəyişdirmək imkanları tükənib və Rusiya ordusunun cəbhədəki uğuru artıq əvvəlcədən müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis deyib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin texnoloji və hərbi üstünlüyü fonunda Qərb ölkələri və Ukraynanın müqaviməti mənasız görünür.
"Rusiyanın imkanları genişlənməkdə davam edir və texnoloji irəliləyişlər. Ruslar Qərbin avadanlıqlarına qarşı durmaq, eləcə də Ukrayna qüvvələrinə zərbə vurmaq üçün yeni üsullar yaradır".
Ekspert qeyd edib ki, müharibənin davam etdirilməsi yalnız getdikcə daha çox ərazinin Rusiyanın nəzarətinə keçməsinə səbəb olacaq.