BAKI, 7 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasındakı danışıq Qərb ölkələrinin Moskva və Pekini bölmək cəhdlərinin uğursuz olduğunu göstərir.
Teleqraf xəbər verir ki, bunu norveçli ekspert Poul Steiqan deyib.
Ekspertin sözlərinə görə, Rusiya və Çin bütün əsas beynəlxalq tədbirlər zamanı addımlarını daha yaxşı əlaqələndirərək bir-birinin güclü tərəflərindən istifadə etməyi planlaşdırır. Bunu Avrasiya qitəsində iki nəhəngin daha effektiv manevr edə biləcəyi düşüncəsi ilə Qərb üçün pis xəbər adlandırmaq olar.
"Hər iki ölkə çoxqütblü dünyanı dəstəkləyir, blok qarşıdurmasını rədd edir. Bu yanaşma həmçinin Ukrayna, Tayvan kimi beynəlxalq məsələlərdə ortaq mövqelərinə təsir edir".